Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen Dünya Çempionudur

Mask FerstappenLas Veqas yarışında 5-ci yeri tutub vı bu nəticə ona Formula 1 karyerasında 4-cü dəfə Dünya Çempionu titulunu gətirib.

Mövsümə qələbələrlə başladıqdan sonra Maks Ferstappen çempionluğa ən böyük namizəd kimi görünürdü, amma Red Bull bolidin inkişafında səhv istiqamətə getdiyi zaman o, böyük təzyiqlə üzləşmişdi.

Bu müddət ərzində McLaren pilotu Lando Norrisin çempionluq şansı kifayət qədər yüksək görünürdü. Bununla belə, Ferstappen Braziliyada yağışlı havada təsirli performans göstərərək,  xal fərqini artırıb və Las Veqasa demək olar ki, çempionluğu təmin edərək gəlib.

Niderlandlı sürücü Las Veqas Qran Prisində Norrisi geridə qoyacağı təqdirdə çempionluğu təmin edəcəkdi və  Ferstappen yarış boyu qüsursuz çıxış edərək Norrisi qabaqlayıb və mövsümün sonuna iki yarış qalmış çempionluğunu elan edib.

Bu nəticə ilə Ferstappen ardıcıl dördüncü dəfə Formula 1 üzrə Dünya Çempionu olub. Bu nailiyyətə Formula 1 tarixində yalnız bir neçə pilot çatıb. Tarixdə dörd və ya daha çox ardıcıl çempionluq qazanan dörd pilot var:

  • Mixael Şumaxer: Beş dəfə (2000-2004)
  • Xuan Manuel Fanxio: Dörd dəfə (1954-1957)
  • Sebastyan Fettel: Dört dəfə (2010-2013)
  • Lyuis Həmilton: Dörd dəfə (2017-2020)

Bundan başqa Maks Ferstappen dördüncü Dünya Çempionluğunu qazanan 5-ci pilot olub.

  • Mixael Şumaxer – 7
  • Lyuis Həmilton -7
  • Xuan Manuel Fanxio – 5
  • Alen Prost – 4
  • Maks Ferstappen – 4

 

Maks Ferstappen keçən il 22 yarışın 19-da qalib gələrək dünya çempionu olmuşdu. Bu mövsüm isə niderlandlı sürücü üçün bir az çətin keçir. Onun builki statisitikaları belədir:

  • 8 qələbə
  • 8 poul
  • 3 ən sürətli dövrə
  • 13 podium

Bununla da Red Bull 8-ci dəfə Sürücülər Çempionatında birinci yeri tutub. Bununla da, “qırmızı öküzlər” 7 dəfə  Sürücülər Çempionu olmuş Willams komandasını geridə qoyaraq, bu statistikada dördüncü yerə yüksəlib.

  • Ferrari: 15 çempionluq
  • McLaren: 12 çempionluq
  • Mercedes: 9 çempionluq
  • Red Bull: 8 çempionluq

Maks Ferstappen gələn il də Red Bull komandasında yarışmağa davam edəcək. Əgər o növbəti mövsümdə də Dünya Çempionu titulunu qazansa, Mixale Şumaxerin ardıcıl 5 Dünya Çempionu qazanmış sürücü rekordunu təkrarlayacaq.

 

 

 

 

Rauf Hacıyev

Şərh əlavə et