Kokpit.az xatırladır ki, argentinalı sürücü Las Veqas Qran Prisinin sıralanma turunda yaxşı performans gösətərirdi. Lakin o ikinci sessiyada maşınının idarəetməsini itirib və böyük qəza edib. Gənc sürücü həm ehtiyat hissə gətirməkdə çətinlik çəkən komandasını pis vəziyyətdə qoyub, həm də 50G qüvvətə məruz qalıb.
Argentinalı pilotun vəziyyəti bazar günü keçiriləcək testlərdən sonra məlum olafaq.
Williams komandası bu barədə belə açıqlama verib: “Sıralanma turundakı qəzada Franko 50G qüvvətə məruz qalıb və tibbi müayinədən keçib. Bu böyüklükdə zərbənin önəmıi və ciddi olduğu məlumdur. Sabah yarışıb-yarışmayacağı məlum olacaq. Əsas Frankonun sağlığıdır. Yaxşı olduğu üçün çox sevincliyik. Daha çox məlumat verməyə çalışacağıq”.
Şərh əlavə et