Kokpit.az xatırladır ki, fransalı sürücü Veqasdakı sıralanma turunda üçüncü olub və hamını təəccübləndirib.
Pyer Qasli: “Bu inanılmazdır. Sıralanma turunda üçlüyə düşəcəyimizi düşünmürdük. Amma inanılmaz dövrə idi. Xüsusən bu trasda dövrə ərzində divarlara yaxın gedirik. Çoxlu adrenalin və həyəcan var idi. Xətti keçəndə bunun yaxşı dövrə olduğunu bilirdim.
Radiodan üçüncü olduğumuzu deyəndə doğrudan da çox sevindim. Boliddə özümü yaxşı hiss etdim. Braziliyadakı ikili podiumdan sonra komanda üçün önəmli dövr yaşayırıq. Ümid edirəm ki, sabah bu səviyyədə qalarıq”.
Şərh əlavə et