Kokpit.az xatırladır ki, Ferrari komandası Ostin və Meksikada ardıcıl iki yarış qazandıqdan sonra Braziliyada geridə qalıb və Leklerlə 5-ci yeri tutub. Karlos Sayns isə yarışın 39-cu dövrəsində qəza edərək, mübarizəni dayandırıb.
Frederik Vassyör: “Keçən il Las Veqasda çox yaxşı vəziyyətdə idik. Məncə, trasın dizaynı asfalt quruluşu digər traslara daha yaxındır”.
Frederik Vassyör inanır ki, Braziliyada qəza edərək mübarizəni dayandıran Karlos Sayns Las Veqasda güclü formada qayıdacaq: “Bu barədə narahat deyiləm. Məncə, Veqasa çox güclü formada qayıdacaq”.
Mövsümün bitməsinı 3 yarış qalıb və Ferrari Mühəndislər Kubokunda lider McLaren-dən 36 xal geridə qalır. Üçüncü yerdəki Red Bull-u isə 13 xal qabaqlayır.
Frederik Vassyör: “Xal itirmək yox, xal qazanmaq istəyirəm. İnterlaqosdan daha yaxşı həftəsonları keçirəcəyimizə əmin olmalıyıq. Amma orada yaşadıqlarımız da əlbətt, faciə deyildi.
Növbəti yarış Veqasdadır və daha yaxşı həftəsonu keçirəcəyik və vacib xallar qazanacağıq”.
Şərh əlavə et