“İlin avtomobili” adına namizədlər arasında ötən il təqdim olunan yeddi model var. Bunlar Alfa Romeo Junior (Milano), Citroen C3, Cupra Terramar, Dacia Duster, Hyundai Inster, Kia EV3 və Renault 5/Alpine A290-dır (bir model sayılır) modellərdir.
İndi münsiflər heyəti əlavə sınaqlar keçirməli və 25 xalı beş favorit arasında (hər avtomobil üçün maksimum 10 xal) paylamalı olacaqlar.
Ötən il Avropa COTY müsabiqəsinin qalibi elektrik güc aqreqatı ilə hərəkətə gələn Renault Scenic krossoveri olub. Yekun səsvermədə o, BMW 5 Series, BYD Seal, Kia EV9, Peugeot 3008, Toyota C-HR və Volvo EX30 modellərini üstələyib.
Şərh əlavə et