Porsche 911 Dakar modelinin son nüsxəsi nümayiş etdirilib

Rauf Hacıyev 16 Noyabr 2024, 13:27
Porsche 911 Dakar modelinin son nüsxəsi nümayiş etdirilib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Porsche şirkəti 911 Dakar modelinin son nüsxəsini nümayiş etdirib

Porsche şirkətinə 911 Dakar ofroud versiyasının 2500 nüsxəsini hazırlamaq üçün iki il gərək olub. Sonuncu nüsxə Sonderwunsch fərdiləşdirmə şöbəsi tərəfindən italyan kolleksiyaçısının sifarişi ilə yaradılıb. O, 1984-cü ildə Dakar üçün hazırlanmış Porsche 953 yarış avtomobilinə işarə edən üçrəngli livreyanı alıb: kuzovun yuxarı hissəsi sarı Signalyellow, alt tərəfi isə, Gentianbluemetallic rəngnə malikdir. İki rəngi Aralıq dənizindəki vulkanik adanın adını daşıyan mavi Lampedusablue çalarında zolaq ayırır.

Sportkarın interyer tərtibatı qara və sarı rənglərin dəbdə olan birləşməsi ilə seçilir. Başlıqlardakı 911 Dakar tikmə-naxışı kuzovla eyni Signalyellow rəngdə işlənib, üstəlik, bu çalardan transmissiya selektorunu bəzəmək üçün istifadə olunur. Avtomobilin arxa hissəsində standart mühərrik – səkkiz pilləli PDK “robotu” ilə tandemdə çalışan, 480 at qüvvəsi və 570 Nm fırlanma anı hasil edən 3,0-litrlik “biturboaltılıq” yerləşib. 911 Dakar tam ötürməlidir, lakin özünəməxsus orijinal tənzimləmələrə malikdir.

Orijinal Carrera GTS ilə müqayisədə klirens 50 millimetr artırılıb və tənzimlənən amortizatorlar avtomobili daha 30 millimetr qaldırmağa və 170 km/saata qədər sürətlə hərəkət etməyə imkan verir. Aktiv köndələn dayanıqlılıq stabilizatorları və idarələnən arxa təkərlər 911 Dakar üçün standart avadanlıqdır. Öndə diqqəti alüminiumdan hazırlanmış yedək qarmaqları cəlb edir, əlavə işıqlandırma texnikası üçün isə, damda 12 voltluq çıxış var.

(c) Autograph.az 

Bunları da oxuyun

Şərh əlavə et