Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Bu axmaqlıqdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen Ləns Strollun qəzasına görə çıxan qırmızı bayraqların ucbatından dövrəsini bitirə bilməyib və sıralanma turunun ikinci sessiyasında ələnərək 12-ci olub. 

Kokpit.az bildirir ki, niderlandlı sürücü sessiyadan sonra Ləns strollun qəzasına görə qırmızı bayraqların gec çıxdığını düşünür. Buna görə də üçqat Dünya Çempionu bu qərara srət reaksiya göstərib. 

Maks motor dəyişiminə görə yarışın startında 5 yer itirəcək və yarışa 17-ci yerdən başlayacaq. Lando Norris isə Braziliyada sıralanma turunda poul qazanıb. Belə olan halda Maksın çempionatdakı 47 xallıq üstünlüyü də sarsıla bilər.

Sessiyadan sonra jurnalistlərin suallarına cavab verən Maks Ferstappen bildirib ki, Lando Norris Ləns Strollun qəzası zamanı sürətli dövrəsini tamamlamayıb: “Bir sürücü baryerlərə çırpılırsa, bu birbaşa qırmızı bayraq olmalıdır. Niyə 30-40 saniyə gözlədilər ki? Düzünü desəm, heç biri vecimə deyil. Bu barədə danışmaq axmaqlıqdır. Bu hərəkət axmaqlığın zirvəsidir”.

Rauf Hacıyev

Şərh əlavə et