Kokpit.az xatırladır ki, niderlandlı sürücü sprint yarışına dördüncü yerdən başlasa da, yarışda Lekleri geridə qoyaraq, finişə üçüncü yerdə çatıb.
Maks Ferstappen: “Çox çətin yarış idi, amma tempimiz yaxşı idi, çünki DRS heabına öndəkiləri izlətə bilirdik. Bundan çox razıyam. Şarlla mübarizə bir az uzun çəkdi, amma DRS qatarında hücum etmək çətin olur. Buna görə də səhv etməsini gözləməli oldum. O səhvlər gəldi və üstünlüyümdən istifadə edə bildim.
Bu yarış tempi məni ümidləndirdi. Saban yağış yağa bilər. Buna görə də müəmmalar var, amma bu gün yaxşı idi.
Ümid edirəm ki, həftəsonunu geri qalanında da rəqabətədavamlı ola bilərəm. McLaren-in vahid dövrədə sürətli olmasını gözləyirəm. Startda beş yer itirəcəyik. Buna görə də zərəri minimuma endirməyə çalışacağam”.
Şərh əlavə et