Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: Maksa verilən cəza ağır idi

Red Bull komandasının rəhbəri Kristian Horner düşünür ki, Meksikada Maks Ferstappenə verilən 0 saniyəlik cəza çox qəddarca olub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlayıb və xüsusən də restartdan sonra Mask Ferstappenlə bir neçə təkər-rəkər mübarizə yaşayıb. Bu mübarizələrdə niderlandlı pilot rəqibini trasdan çıxarıb və tras xaricinə çıxaraq üstünlük qazanıb. Yekunda stüardlar Maksa iki dəfə 10 saniyə zaman cəzası veriblər.

Yarışın 26-cı dövrəsində pitə girən Maks Ferstappen 20 saniyəlik cəzasını çəkdikdən sonra trasa 15-ci yerdə trasa qayıdıb. Niderlandlı pilot yekunda yarışı 6-cı yerdə bitirib və zərəri minimuma endirib.

Red Bull komandasının rəhbəri Kristian Horner yarışdan sonra verdiyi müsahibədə bildirib ki, Maksa verilən cəzalar çox ağır olub: “Məncə, FİA və sürücülər oturub nəyin qəbul edilib-edilməyəcəyinə birlikdə qərar verməlidirlər.

Meksikada iki dəfə 10 saniyəlik cəza verilməsi bir az qəddarca oldu. Əlbəttə, oyunu həmişə qaydalara uyğun oynamalısınız. Bu yarışdan dərs çıxaracağıq, amma Meksikada bizim üçün vacib olan tempimizin zəifliyidir. Buna görə də Braziliya yarışına qədər buna köklənməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et