Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Nəsə içə bilərdim

Red Bull komandasının sürücüsü Maks Ferstappen Lando Norrislə yaşadığı insidentlərə görə 20 saniyə cəza alsa da, buna görə narahat deyil.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlayıb və xüsusən də restartdan sonra Mask Ferstappenlə bir neçə təkər-rəkər mübarizə yaşayıb. Bu mübarizələrdə niderlandlı pilot rəqibini trasdan çıxarıb. Yekunda stüardlar Maksa iki dəfə 10 saniyə zaman cəzası veriblər.

Lakin Maks Ferstappen bu cəzalara görə narahat deyil və düşünür ki, komanda cəzalardan çox bolidin performansını artırmağı fikirləşməlidir: “Hazırda ən böyük problemimiz bu deyil. Bolidi inkişaf etdirməliyik, çünki maşın yaxşı olsa, Çeko da yaxşı nəticələr qazanar.

Sözün açığı Norris ilə olan insidentləro çox düşünmürəm, çünki dramatik yarış idi. İyirmi saniyə təbii ki, çoxdur, amma bu barədə çox şey demək istəmirəm. Onsuz da mənim üçün önəmli deyil.

Bununla razı olub-olmadığım da önəmli deyil. Onsuz da iyirmi saniyə cəza verilib. Ən azından motoru dayandırıb bir az istirahət etmə fürsətim oldu.

Bəlkə o cəzaları almasaydım, yarışı Mercedes-in önündə bitirə bilərdim, amma o zaman yarışı Lando qazanardı.

Növbəti dəfə cəza alsam, pitdə bir az içki içə bilərəm. Motor 20 saniyə qapalı qaldı. Yəni ki, yetəri qədər vaxtım var idi. Bəlkə növbəti dəfə 30 saniyə cəza verərək, rekord da qıra bilərlər”.

Rauf Hacıyev

Şərh əlavə et