Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Maksimum nəticə qazandım

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Meksika yarışında üçüncü olaraq maksimum performans gpstərib və Ferrari-nin Mühəndislər Kubokunu qazanmaq şansı hələ də var. 

Kokpit.az xatırladır ki, onakolu sürücü dördüncü yerdə başladığı Meksika yarışını uzun müddət ikinic yerdə aparsa da, sonlarda etdiyi səhvə görə üçüncü yerdə bitirib. O, yarışın 63-cü dövrəsində bolidin idarəetməsini itirib və tras xaricinə çıxıb və LAndo Norrisə keçilib. 

Yarışdan sonra jurnalistlərə müsahibə verən Şarl Lekler bildirib ki, bu səhvə baxmayaraq yarışda qazana biləcəyi ən yaxşı nəticə üçüncülük olub: “Çətin bir yarış idi.

Birinci pit-stopa qədər təkərlərə nəzarət etməyə çalışdıq. Bu çox çətin idi, amma hazırkı şəraitdə əlimizdən gələnin ən yaxşısını etdik.

Bütün həftəsonu ərzində arxa planda idim və məncə, üçüncü yer qazana biləcəyimiz ən yaxşı nəticə idi. Karlos əl performans göstərdi. Doğrudan da komanda üçün ümumilikdə çox yaxşı həftəsonu oldu. Çempionluq üçün mübarizə aparırıq və bir neçə yarışdır ki, istədiyimiz yerdəyik.

Hədəfimiz hələ də eynidir. Belə nəticələrlə Mühəndislər Kubokuna daha bir addım yaxınlaşırıq. Ümd edirəm ki, bu yöndə irəliləməyə davam edib, Mühındislər Kubokunu əldə edə bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et