Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlayıb və xüsusən də restartdan sonra Mask Ferstappenlə bir neçə təkər-rəkər mübarizə yaşayıb. Bu mübarizələrdə niderlandlı pilot rəqibini trasdan çıxarıb. Yekunda stüardlar Maksa iki dəfə 10 saniyə zaman cəzası veriblər.
Lando Norris isə yarışın sonlarında Şarl Leklerin səhvindən istifadə edərək, ikinci pilləyə yüksəlib və çempionluq uğrunda önəmli xallar qazanıb.
Yarışdan sonra jurnalistlərə müsahibə verən Lando Norris bir neçə dəfə qəzalardan qaçdığını deyib: “Çox çətin yarış idi. İlk dövrələrdə qəzalardan qaçmağa çalışdım.
Karlos çox yaxşı yarış keçirdi. Buna görə də Karlos və Ferrari-ni təbrik edirəm. Bu gün çox sürətli idilər. Mən də əlimdən gələnin ən yaxşısını etdim”.
Lando Norris Maks Ferstappenlə mübarizəsi barədə bunları deyib: “Bəli, ondan bunu gözləyirdim. Beləşey gözləmək istəmərəm, çünki Maksa bir sürücü kimi çox hörmət edirəm, amma buna hazır idim. Mənim fikrimcə bu heç də təmiz sürüş tərzi deyil. Amma bundan qaça bildim və çox yaxşır bir yarış oldu”
Lando Norris sonda əlavə edib ki, onlar yarışda ən sürətli maşına sahib olublar: “Başımı aşağı salıb işimi görməyə davam edirəm. Bilirsiniz ki, mən həmişə əlimdən gələnin ən yaxşısını edirən. Komanda olaraq çox yaxşı işlər görürük. Deyəsən bu gün yarışda ən sürətli maşın biz idik. Amma yenə də başımı aşağı əyib işimi görəcəm. Hələlik ancaq bunu edə bilirəm. Özümüzə fokuslanmışıq və təzyiqə davam edəcəyik”.
Qeyd edək ki, Lando Norris Meksika yarışından sonra lider Maks Ferstappenlə xal fərqini 47-ə salıb.
Şərh əlavə et