Lakin testlərdə ilk sessiyada yerini gənc sürücülərə verən əsas pilotlar üçün istisna edilib – onlar yalnız 60 dəqiqəni bu proqramla işləməli, qalan 30 dəqiqəni isə sazlanmalara ayırmalı idilər. Lakin qəzalar buna imkan verməyib.
Bu gün səhər sessiyasında qəza keçirən Aleks Elbon məşqlərə qatılmayıb. Ferstappen səhər olduğu kimi, pitə qayıdaraq mühərrikdə qəribə səslər və əyləclərdə problemlərdən şikayətlənib. Zəhərləndiyi üçün cümə axşamı mətbuata danışa bilməyən Fernando Alonso isə trasa çıxıb.
Rassell 9-cu döngədə ciddi qəza edib və qırmızı bayraqlar dalğalanıb. Corcun Ostindəki qəzadan sonra yeni spesifikasiyaya uyğun cəmi bir altlığı qalıb ki, o da bu qəzada zədələnib. Qəza yerində maneələr dəyişdirilməli olub və fasilə uzanıb.
Ferstappen sonradan trasa çıxsa da, cəmi 4 dövrə vuraraq qayıtmalı olub. Sessiyanın və günün ən yaxşı dövrəsi isə Saynsdan gəlib – 1:17.699. Məşqlər sabah davam edəcək.
Şərh əlavə et