Rasselldən Meksikada yaxşı başlanğıc

Rasselldən Meksikada yaxşı başlanğıc
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Meksika trası dəniz səviyyəsindən 2240 metr yüksəklikdə yerləşir. Burada aerodinamika və soyutma sistemləri var gücü ilə işləyə bilmir. Maşınlar Montsa qədər sürətli tras olmasına baxmayaraq, maksimum asfaltayatma qüvvəsi hasil edirlər.

Hər komandadan tələb olunur ki, mövsüm ərzində iki dəfə məşqlərdən birində sükan arxasına gənc sürücü otursun. Mexikoda eyni vaxtda beş komandada müvəqqəti əvəzetmələr baş verib. Ferrari-də Oliver Berman Şarl Leklerin, McLaren-də Pato O’Vard Lando Norrisin, Aston Martin-də Felipe Druqoviç Fernando Alonsonun, Sauberdə Robert Şvartsman Quanyu Çjounun, Mercedes-də Andrea Kimi Antonelli Lyuis Həmiltonun maşınını idarə edib.

Səhər asfalt heç də yaxşı vəziyyətdə olmayıb, komandalar Hard təkərlərlə seansa başlayıblar. Yüksək dağlıq ərazilərdə havanın temperaturu ilə asfaltın temperaturu arasındakı fərq iki dəfədən çox olub və buna uyğunlaşmaq da lazım gəlib.

Artıq beşinci dəqiqətə Kimi Antonelli ilk döngədə qəza etdiyi üçün qırmızı bayraqlar dalğalanıb. Sürücülər pit yoluna üz tutublar. Fasilə qısa olub, lakin cəmi 15 dəqiqə sonra sessiya yenidən qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb idarəetməni itirdiyi üçün asılqanını qıraraq Bermanın maşını ilə toqquşan Elbon olub.

Hadisə Şvartsmanın önündə baş verib və o, sarı bayraqlar altında ötmə etməyə məcbur olub. Sessiyadan sonra stüardlar insidenti incələyiblər və Robert Şvartsmana növbəti yarışın startında 5 yer itirmək cəzası veriblər (onsuz da, Robert növbəti yarışda sürməyəcək).

Sürücülər Soft təkərlərə keçərək sürətlərini artırıblar. Kolapinto 12-ci döngədə səhvə yol verib. Ferstappen motor güc itirdiyi üçün pit yoluna qayıdıb. Protokollara isə Corc Rassell 1:17.998-lik nəticə ilə başçılıq edib.

Bunları da oxuyun

Şərh əlavə et