M.Ferstappen: Sezgilərimlə yarışıram

M.Ferstappen: Sezgilərimlə yarışıram
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının sürücüsü Maks Ferstappen Lando Norrislə olan mübarizəsindən danışıb.

Kokpit.az xatırladır ki, Amerika yarışının son döngəsində Maks Ferstappenlə Lando Norris podium uğrunda mübarizə aparmış və britaniyalı sürücü trasdan çıxaraq Maksı keçmişdi. Stüardlar bu insidenti araşdırmış və Lando Norrisə beş saniyə zaman cəzası vermişdi.

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Formula 1-də təkər-təkərə mübarizə apararkən qaydalarla yox, sezgiləri ilə hərəkət edir və yarış ərzində qaydalar barədə düşünmür.

Maks Ferstappen: “Az qala maşında yanıma qaydalar kitabı qoyacam. İllər keçdikcə bu kitab çox böyüyüb. Mən sezgilərimlə hərəkət edirəm, amma təbii ki, bəzi qaydalar ağlımda olur”.

Üçqat Dünya Çempionu ABŞ yarışında Lando Norris ilə mübarizəsindən danışıb: “İnsanların mənim zehnimi oxumağa çalışması doğrudan da təsiredicidir. Təbii ki, döngəni rəqibimdən öndə dönməyə çalışıram. Biz əvvəldən demişdik ki, bir-birimizlə sərt mübarizə aparmaq istəyirik”.

Red Bull komandası ABŞ-da qənaətbəxş performans göstərib və Maks Ferstappenlə əvvəlcə sprintdə qalib gəlib və əsas yarışda podiuma yüksəlib. Amma bolidin hələ də Hard təkərlərdə zəif olduğu diqqətlərdən yayınmayıb.

Niderlandlı pilot sonda bolidin performansını və mövsümün indiyə kimi keçən hissəsini dəyərləndirib: “Ostindəki yarışın ikinci hissəsi çətin keçdi. Ön təkərlərdə ilişməni itirmişdim. Bu da bizim üçün əyləclənməyi çətinləşdirirdi. Pozitiv həftəsonu keçirdik, amma hələ görüləsi işlərimiz var.

Yarış tempində daha yaxşı olmalıyıq. Bunun üzərində işləyirik. Mövsümün ortasında qalib gəldiyimiz yarışlarda maşınımızın əsl potensialı o deyildi. Amma ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edirdik”.

Qeyd edək ki, Maks Ferstappen bu mövsüm hamıdan çox – 7 yarış qazanıb və  hazırda 354 xalla liderdir. Onun ən yaxın izləyicisi Lando Norris isə 3 yarış qazanıb və 297 xal toplayıb.

Bunları da oxuyun

Şərh əlavə et