Kokpit.az xatırladır ki, Lando Norris Amerika yarışının sonlarında Maks Ferstappenə hücum edərkən trasdan çıxmış və rəqibini elə formada keçmişdi. Buna görə də stüardlar britaniyalı pilota beş saniyə zaman cəzası vermişdilər.
FİA verdiyi açıqlamada bildirib ki, McLaren bu qərarı yenidən nəzərdən keçirmək üçün tələb göndərib.
Beləliklə FİA McLaren təmsilçilərinin 25 oktyabrda video konfransa qatılmasını tələb edib. Bu toplantıda McLaren-in təqdim edəcəyi sübutlar dəyərləndiriləcək və cəzanın yenidən nəzərdən keçirilməsinin qərarı veriləcək.
Stüardlar əgər buradan yeni və önəmli ünsür tapsalar, ikinci toplantı qərarı veriləcək.
Şərh əlavə et