Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Maşını təkmilləşdirməliyik

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Meksika Qran Prisi üçün bəzi şeyləri yaxşılaşdırmalıdırlar.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Amerika yarışına yeddinci yerdən başlasa da, finişə 13-cü yerdə çatıb və xalsız qalıb. İkiqat Dünya Çempionu sessiyadan sonra verdiyi açıqlamada bildirib ki, Meksika yarışında yaxşı performans göstərməyə çalışacaq.

Fernando Alonso: “Birinci döngəyə qədər yaxşı start alsam da, xarici trayektoriyada sıxıldım və orada qaldım. Buna görə də yer itirdim. Yarışda 13-cü olmaq bizim üçün sürpriz olmadı. Yekunda yarışdan dərslər çıxardıq.

Meksika yarışı üçün təhlil etməli və təkmilləşdirməli olduğumuz şeylər var. Biz komandaya nəyə ehtiyacımız olduğunu deyirik. Komanda da əlindən gələni edir. Mövsümün böyük hissəsində çətinlik çəkdik, amma bunlardan həm müsbət, həm də mənfi yöndə dərslər çıxardıq.

Yeni paketi təhlil edərək, Meksika üçün bəzi şeyləri inkişaf etdirəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et