Kokpit.az xatırladır ki, niderlandlı sürücü ikinci yerdən başladığı yarışda finişi iki Ferrari pilotundan sonra üçüncü yerdə keçib.
Son üç mövsümün Dünya Çempionu yarışdan sonra bildirib ki, yarış onun üçün heç də asan keçməyib.
Maks Ferstappen: “Çox çətin yarış idi. Heç vaxt hücum edəcək tempim olmadı.
Norris hücum edərkən əylənmədə çətinlik çəkərək çox geridə qaldım. Bu da müdafiə olunmağımı çox çətinlədirdi. O hücum edəndə əyləcə gec basa bilmirdim. Norrisi arxamda saxlamaq üçün əlimdən gələn hər şeyi etdim. Buna görə yarışın sonunda podiumda olmaq gözəl idi”.
Lando Norris və Maks Ferstappen yarışın sonlarında podiumun son yeri üçün gərgin mübarizə aparıblar. Lakin mübarizə zamanı Lando Norris tras xaricinə çıxıb və yekundə 5 saniyə cəza alıb. Beləliklə, podiumun üçüncü pilləsinı Maks Ferstappen yüksəlib.
Maks Ferstappen bu mübarizə barədə belə danışıb: “Bu mövzu barədə fikrim var, amma burada deməyə ehtiyac yoxdur. Qoy stüardlar işlərini görsünlər. Biz bu yarışdan çox şey öyrəndik. Bunları təhlik edəcəyik”.
Şərh əlavə et