Ferrari Ostinə niyə böyük yenilik gətirmədi?

Ferrari Ostinə niyə böyük yenilik gətirmədi?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandası çempionatdakı əsas rəqiblərindən fərqli olaraq Ostinə böyük yeniliklərlə gəlməyib.

McLaren, Red Bull və Mercedes bu həftə sonu əhəmiyyətli yeniliklər gətirməyə hazırlaşsa da, Ferrari  böyük dəyişiklik etməmək qərarına gəlib.

Komanda bunun əvəzinə mövcud paketlərini optimallaşdırmağa və daha çox məlumat toplamağa diqqət yetirir. Mövsümün əvvəlində Ferrari Red Bull-un ən yaxın rəqibi olduğu halda, İspaniya Qran Prisinə gətirilən yeniliklərdən sonra dördüncü ən sürətli komandaya çevrilmişdilər.

Ferrari bu vəziyyətdən çıxmaq üçün bir neçə ay sərf etmiş və İtaliya Qran Prisinə gətirilən yeniliklərin hesabına  yenidən qələbə üçün mübarizə aparmışdılar. Hətta, Montsada Şarl Lekler qalib gələrək, Tiffozilərə bayram yaşatmışdı.

Ferrari son yarışlarda yeniliklərdən istədikləri performansı alsa da, hələ də yaxşı nəticə qazanmaqda çətinlik çəkir.  Bundan başqa Ostində bizi sprint yarışlı həftəsonu gözləyir. Hər kəs bilir ki, sprint olan həftəsonunda  yeniliklər barədə məlumat toplamaq  çətindir.

Bunları da oxuyun

Şərh əlavə et