Xəbəri Kokpitdə Oxuyun!

Red Bull qapalı park qaydalarını pozub?

Qapalı Park qaydalarını pozan komanda müəyyən olub. Digər komandalar Red Bull-u qapalı sahədə bolid yüksəkliyini dəyişməklə günahlandırır. FİA isə artıq bunun qarşısını almaq üçün işlərə başlayıb. 

Kokpit.az xatırladır ki, ABŞ Qran Prisindən əvvəl qapalı park qaydaları ilə bağlı qızğın müzakirələr başlayıb. FİA ABŞ Qran Prisindən əvvəl Red Bull qapalı parkda bolidlərinin yüksəkliklərini dəyişdirdiyi ilə bağlı şikayətlər alıb və FİA buna təcili formada müdaxilə edib. 

Qapalı parkda bolidlərin sazlanmalarına müdaxilə etmək yasaqdır və belə olan halda texniki reqlamenti pozmuş olursunuz. İddialara görə isə boldiin ön tərəfindəki bib adlı hissənin yüksəklik sazlnamasının gizli formada dəyişdirildiyi deyilir. Bu dəyişiklik hesabına sıralanma turu və yarışda bolidin yanacaq yükünə görə üstünlük qazanmaq mümkündür.

FİA bu barədə belə açıqlama verib: “Qapalı parkda bolidin yüksəkliyini dəyişdirmək qətiliklər yasaqdır. Hər hansı komandanın belə bir sistemdən istifadə etdiyi ilə bağlı əlimizdə heç bir sübut yoxdur. Amma buna qarşı nəzarətimizi artırdıq”.

Qeyd edək ki, FİA bunun üçün qapalı parkda əlavə möhürlər vurmağa hazırlaşır. Red Bull komandası isə bu şayiələri rədd edib.

Rauf Hacıyev

Şərh əlavə et