Xəbəri Kokpitdə Oxuyun!

Haas komandası da xüsusi rəng çalarını təqdim edib

Haas komandası ev yarışı olan ABŞ Qran Prisi üçün qartal şəkilli bir dizaynla yarışacaq. 

Kokpit.az xatırladır ki, Haas komandası keçən il də ABŞ Qran Prisinə xüsusi rəng çaları ilə qatılmışdı. 

Builki dizaynda əsas dəyişiklik pn qanadın qırmızı rəngə boyanması və saydpodlardakı qartal şəklidir. Bundan başqa komandanın sürücüləri Niko Hülkenberq və Kevin Maqnussen isə bu Qran Pri üçün xüsusi kombinezonlar geyinəcəklər.

Qeyd edək ki, Haas komandası ABŞ Qran Prisindən əvvəl Toyota Gazoo Racing və Orion180 markaları ilə tərəfdaşlıq müqaviləsi bağlayıb və hər iki şirkətin loqotipləri Ostindəki yarışdan etibarən bolidin üzərində olacaq.

Onu da xatırladaq ki, Amerikan komandası bu il yaxşı mövsüm keçirir. Onlar indiyə kimi 31 xal toplayıblar və Mühəndislər Kubokunda 7-ci yerdədirlər.

Rauf Hacıyev

Şərh əlavə et