Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Toyota Haas ilə F1-ə qayıdır

Haas komandası Toyota Gazoo Racing ilə texniki tərəfdaşlığa başlayıb. 

Kokpit.az bildirir ki, Haas komandası Toyota-nın avtoidman şöbəsi olan Toyota Gazoo Racing ilə texniki tərəfdaşlıq müqaviləsi bağladığını açıqlayıb. Bu müqavilədən sonra Toyota Haas komandasının rəsmi texniki tərəfdaşı olacaq və məlumatları, resurları paylaşacaq.

Toyota Gazoo Racing dizayn, texniki və istehsal mövzusunda xidmət təqdim edəcək. Haas isə öz güclü tərəflərini və komersiya üstünlüklərini Toyota üçün təmin edəcək. Toyota ilə Haas-ın bir yerdə işləyəcəyi sahələrin daha ətraflı formada cümə günü Yaponiyada mətbuat konfransında açıqlanması gözlənilir.

Qeyd edək ki, Toyota Gazoo Racing hazırda Dünya Ralli Çmpionatı, Dünya Dözümlülük Çempionatı və Dünya Ralli-Raid Çempionatında yarışır. Yaponiyalı şirkətin Avropadakı bazası Köln şəhərində yerləşir. Burada iki aerodinamik boru var və bura 2002-2009-cu illərdə Toyota Formula 1 komandasının bazası kimi fəaliyyət göstərirdi.

Müqaviləyə görə gələn həftəsonu keçirləcək ABŞ Qran Prisidən etibarən Toyota Gazoo Racing-in loqotipləri Haas komandasının bolidlərində olacaq.

Haas komandasının rəhbəri Ayao Komatsu: “MoneyGran Haas F1 Komandası ilə Toyota Gazoo Racing-in bu texniki tərəfdaşlığına görə çox həyəcanlıyam. Avtomobil sektorunda dünya lideri olan bir şirkətin öz texniki və mühəndislik sahələrini təkmilləşdirərkən bizi dəstəkləməsi və bir yerdə işləməsi hər iki tərəf üçün də faydalıdır.T

Toyota Gazoo Racing-dəki resurslara və məlumatlara çatmaq, onların texniki və istehsal proseslərindən yararlanmaq bizim öz inkişafımız və Formula 1-dəki gücümüzü artırmaq hədəfimiz üçün vacib olacaq. Bunun qarşılığında onlara mühənsidlik istedadlarını tam olaraq istifadə etmələri və təkmilləşdirmələri üçün platforma veririk.”.

Komatsu əlsavə edib ki, uzunmüddətli tərəfdaşları olan Ferrari-nin razılığını əldə ediblər: “Formula 1 və uzunmüddətli tərəfdaşımız olan Ferrari bizim bu yeni tərəfdaşlığı dəstəklədilər. Buna görə çox sevincliyəm”.

Toyota Gazoo Racing-in rəhbəri Tomoya Takahaşi isə fikirlərini belə ifadə edib: “MoneyGram Haas F1 komandası ilə avtoidmanın zirvəsində mübarizə apararaq sürücülər, mühəndislər və mexaniklər yetişdirməyi və hər iki şirkətin istedadlarını gücləndirməyi qabağımıza məqsəd qoymuşuq. Bundan başqa istəyirik ki, həm avtoidman, həm də avtomobil sahəsinə qatqı verək”.

Rauf Hacıyev

Şərh əlavə et