Mixael Şumaxer ilk dəfə insanların arasına çıxıb

Mixael Şumaxer ilk dəfə insanların arasına çıxıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sentyabrın son günü Mixael Şumaxerin qızı Gina-Mariya evlənib. Toy Mayorkada Şumaxer ailəsinin villasında baş tutub və alman tabloidlərinin yazdığına görə, qonaqlar arasında Mixael də olub.

Kokpit.az xatırladır ki, Şumaxer 2013-cü ilin dekabrında Fransa Alplarında ağır kəllə-beyin travması aldıqdan sonra əfsanəvi sürücünün ailəsi onun şəxsi həyatını kənar insanlardan, cəmiyyətdən diqqətlə qoruyub və yeddiqat dünya çempionunun səhhətinin əsl vəziyyəti barədə yalnız bir neçə nəfərin xəbəri olub. Ancaq qızının toyunda Mixael on ildən çox müddətdə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Mərasimdə məxfiliyin təmin edilməsi üçün müəyyən tədbirlər görülüb. Villanın girişində heç kimin Şumaxerin şəklini çəkməməsi üçün bütün qonaqlardan telefonlarını vermələri istənilib. Bununla belə, uzun illərdən sonra ilk dəfə Mixaelin təkcə yaxınları və həkimlər tərəfindən deyil, digər insanlar tərəfindən də görülməsi Korinna Şumaxerin ərinin məxfiliyini qorumağa yanaşmasını bir qədər yumşaltdığının göstəricisi ola bilər.

Ola bilsin ki, yaxın gələcəkdə Mixael Şumaxer başqa bir ailə şənliyində görünəcək. Danimarkalı model Laila Hasanovic sosial şəbəkədə uzun müddətdir sevgilisi, Formula 1 əfsanəsinin oğlu Mik Şumaxerin barmağındakı brilyant üzük fotosunu göstərərək ona evlilik təklifi etdiyinə eyham vurub.

Bunları da oxuyun

Şərh əlavə et