Kokpit.az xəbər verir ki, beləliklə, 2026-cı ildə Alpine tam zavod komandası statusunu itirəcək və müştəri kimi digər istehsaçıların mühərriklərinə keçəcək. Komanda yeni təchizatçı ilə hələ razılaşa bilməyib, lakin Enstounda qurulan avtomobillərin Mercedes güc qurğularına sahib olma ehtimalı yüksəkdir.
Formula 1 mühərriklərinin hazırlandığı və istehsal olunduğu Renault-nun Viri-Şatiyon bazası 2024-cü ilin sonunda fəaliyyətə başlayacaq və bir neçə layihə üzərində cəmləşəcək Hypertech Alpine mühəndislik mərkəzinə çevriləcək.
Bunlara Alpine-nin yol superkarının inkişafı, elektrik mühərriki və akkumulyator texnologiyası üzrə tədqiqat və təkmilləşdirmə, WEC daxil olmaqla Renault-nun davam edən motor idman proqramları üzərində iş və sənayedəki texniki inkişafları izləmək üçün Formula 1 monitorinq bölməsinin yaradılması daxildir. Bütün bunları Alpine-nin icraçı direktoru Filipp Krif “Viri-Şatillon tarixində dönüş nöqtəsi” adlandırıb və əlavə edib ki, “yarış DNT-si brendin təməl daşı olaraq qalır”.
Qeyd edək ki, Renault son 50 il ərzində Formula 1 komandalarına mühərriklər hazırlayıb və təchiz edib. Renault mühərrikli avtomobildə dünya çempionu olmuş sonuncu sürücü Sebastyan Fettel olub.
Şərh əlavə et