Kokpit.az xatırladır ki, amerikan təyyarərə istehsalçısı 33 min işçiyə təsir edəcək böyük bir müqaviləyə imza atıb. Bununla da təyyarənin Vaşinqtonda yığılacağı məlum olub. Lakin prossesin nə zaman başlayacağı hələ də məlum deyil.
Boeing NMA barədə sözhbətlər artıq 10 ildir ki, gəzir. Şirkətin Sivil Təyyarələr bölməsinin rəhbəri Stefanie Pope açıqlamasında deyib: “Əməkdaşlarla imzalanan müqavilənin Puget Sound bölgəsindəki komandamızın növbəti təyyarəmizi inşa edəcəyini bildirməkdən məmnunam. Bu addım digər əsas modellərimizlə birlikdə, gələcək nəsillər üçün iş zəmanəti mənasını verir. Bu müqavilə komandamıza bağlılığımızın göstəricisidir”.
Yeni təyyarənin 2 versiyada olacağı gözlənilir: 9260 km mənzilə sahib, 225 nəfərlik və 8240 km mənzilə sahib 275 nəfərlik versiya. Deyilənlərə görə bu təyyarələrlə əməliyyat xərcləri 40% azalacaq. Bu təyyarələrin Boeing 737 MAX ailsəindən bir qədər böyük olacağı gözlənilir.
Qeyd edək ki, 2018-2019-cu illərdəki 737 Max böhranının yeni modellə bağlı addımları ləngitdiyi düşünülür…
Şərh əlavə et