AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.

“Airbus A320neo” 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20% azaldılıb. Çevik və funksional “Airspace” kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri (“XL bins”) sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində quraşdırılmış fərdi monitorlar və sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Biznes sinfi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri “Wi-Fi” xidmətindən ödənişsiz yararlana biləcəklər.

AZAL-ın uzunmüddətli inkişaf strategiyasında donanmanın mərhələli şəkildə müasirləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bu çərçivədə yeni təyyarənin donanmaya daxil edilməsi əməliyyat xərclərinin optimallaşdırılması, ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsini əsas prioritet kimi müəyyən edən AZAL-ın donanmasında hazırda 25 təyyarə mövcuddur və 2032-ci ilədək bu sayın 50 təyyarəyə çatması gözlənilir. Bu strategiya çərçivəsində, AZAL cari ilin sonunadək donanmasını 8 hava gəmisi ilə genişləndirməyi planlaşdırır ki, bu da aviaşirkətə icarə (“wet lease”) əsasında cəlb olunan hava gəmilərindən tam imtina edərək uçuşları öz donanması hesabına həyata keçirməyə imkan verəcək.

Bu yanaşma ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, həmçinin AZAL-ın ən müasir və enerji baxımından səmərəli təyyarə parklarına malik qabaqcıl aviaşirkətlər sırasında yer almasına xidmət edir.

Bunları da oxuyun

Şərh əlavə et