Bakıda keçirilən ADEX-2026 beynəlxalq müdafiə sərgisində Çinin J-10C çoxməqsədli qırıcı təyyarələri nümayiş olunur.
Sərgidə təqdim edilən J-10C maketinin üzərində Azərbaycan bayrağı ilə yanaşı, Heydər Əliyevin imzasına da yer verilib. Bu detal sərgi ziyarətçilərinin və müdafiə sənayesi ilə maraqlananların diqqətini çəkib.
Maketin bu formada təqdim edilməsi Azərbaycanın J-10C qırıcılarına mümkün marağı ilə bağlı müxtəlif ehtimallara yol açır. Lakin təyyarənin maketində Azərbaycan bayrağının və Heydər Əliyevin imzasının olması Azərbaycanın J-10C alması və ya bu təyyarələrlə bağlı müqavilə imzalaması anlamına gəlmir.
Hazırda Azərbaycanın J-10C qırıcılarını satın alması ilə bağlı rəsmi açıqlama yoxdur.
J-10C Çinin Chengdu Aircraft Industry Group şirkəti tərəfindən hazırlanmış çoxməqsədli qırıcı təyyarədir. Bu təyyarə Çin Hərbi Hava Qüvvələrinin əsas taktiki aviasiya platformalarından biri hesab olunur.


Şərh əlavə et