1600 at gücünə malik Hürkuş müasir texnologiyalarla təchiz edilmiş təlim təyyarəsidir. Tam rəqəmsal sensor ekranlarla təchiz olunan təyyarənin kokpiti beşinci nəsil döyüş təyyarələrinin dizaynına uyğun hazırlanıb. Bu yanaşma pilotların müasir aviasiya sistemlərinə uyğunlaşmasını və gələcəkdə döyüş təyyarələrinə keçid prosesini asanlaşdırır.
Təlim prosesinə Hürkuş-la başlayan pilotlar ən müasir rəqəmsal sistemlərlə tanış olur, daha sonra reaktiv mühərrikli təlim təyyarələrinə, ardınca isə yeni nəsil döyüş təyyarələrinə keçid edə bilirlər.
Qeyd edək ki, sentyabrın 30-da Bakı Ekspo Mərkəzində ADEX 2026 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Bu il hər iki sərgidə ümumilikdə 53 ölkə təmsil olunur. Tədbirlərdə 30 ölkədən 280 şirkət və təşkilat iştirak edir.

Şərh əlavə et