Kokpit.az xatırladır ki, Mark Markes həftəsonu boyu çox sürətli idi. O. sıralanma turunda ən yaxın rəqibi Pedro Akostaya 0.84 saniyə fərq ataraq poul qazanıb.
Sprint yarışında da ispaniyalı sürücü hegemonluq edib. O, yaxşı start alaraq yarışın sonuna qədər liderliyini qoruyub və ən yaxın rəqibi Xorxe Martini 3 saniyə qabaqlayaraq, damalı bayrağı görüb.
Yarışda üçüncü yeri Tech3 Gas Gas komandasından Pedro Akosta tutub və podiumu tamamlayıb. Dördüncü yerdə isə Aleks Markes qərarlaşıb. Beşliyi Trackhouse komandasından Migel Oliveyra bağlayıb.
Bred Binder 6-cı, Yarışda yaxşı yüksəliş edən Enea Bastyanini 7-ci, yaxşı start alaraq zəif Yamahasını xal zonasına gətirən Fabio Kuartararo isə 8-ci yeri tutub.
Günün ən uğursuzlarından biri isə sözsüz ki, Françesko Banyaya olub. O, yarışa üçüncü yerdən başlasa da, pis startla 5-ci yerə düşüb. Sonradan Aleks Markesi keçərək 4-cülüyə yüksəlib, amma bir səhvlə yenidən 6-cılığa geriləyib. Bundan sonra isə onun işləri yolunda getməyib. Əvvəlcə Bred Binder daha sonra isə Enea Bastyanini və Fabio Kuartararo son iki ilin Dünya Çempionu geridə qoyub. Yarışın sonlarında Bezzekki də yerlisi Françesko hücumlar etsə də, uğurlu olmayıb. Beləliklə Pekko sprint yarışının son xalını qazanıb və çempionatda liderliyi yenidən Xorxe Martinə qapdırıb.
Günün uğursuzlarından biri də Aprilia-dan AleşEsparqaro olub. O, yarışa 9-cu yerdən başlasa da, startda pis qəza edib və öz vətənində mübarizəni vaxtından əvvəl dayandırıb.
Şərh əlavə et