Xəbəri Kokpitdə Oxuyun!

Markes Araqonda qarşısı alınmazdır

Araqonda Mark Markes fırtınası əsir. Daha əvvəl burada 5 dəfə qalib gəlmiş ispaniyalı sürücü ikinci sərbəst yürüşləri də zirvədə bağlayıb. 

Kokpit.az bildirir ki, trasın yeni asfaltı sürüşkən olsa da, Moto3 və Moto2 sessiyalarından sonra düzəlib və MotoGP sürücüləri daha yaxşı dövrələr vurmağa başlayıblar.

Mark Markes günün böyük hissəsində zirvədə olub. O, vurduğu 24 dövrənin 23-də günün rekorduna imza atıb. İspaniyalı sürücü 106 saniyənin altına enən yeganə pilot olub. Onun ən yaxın rəqibi Aleş Esparqaro olub. Aleş MArkdan 0.272 saniyə geridə qalıb.
Maverik Vinyales komanda yoldaşı Esparqarodan 0.044 saniyə geridə qalaraq, üçüncü olub və Aprilia komandasının sürücülərinin ikisi də üçlüyə daxil olublar.
Çempionluq uğrunda mübarizə aparan Xorxe Martin 4-cü, Aleks Markes beşinci olub. Beləliklə İspaniyada ilk beşlikdə 5 ispan sürücü yer alıb.
Çempionatın lideri Françesko Banyaya altıncı, Franko Morbidelli yeddinci, Yohan Zarko isə günü səkkizinci yerdə tamamlayıblar. İlk onluğu isə Raul Fernandes və Migel Oliveyra bağlayıblar.
KTM sürücülərindən ən yaxşı nəticəni göstərn Bred Binder olub. O, debütant Akostanı qabaqlayaraq, 11-ci olub.

Rauf Hacıyev

Şərh əlavə et