Kokpit.az xatırladır ki, McLaren komandası son Zandfort yarışından sonra Red Bull fərqi 12 xal da azaldıb və hazırda iki komanda arasında 30 xal fərqi var.
Mika Həkkinen: “Keçən həftəsonu Lando Norris builki ikinci qələbəsini əldə etdi. Bu isə McLaren bolidinin bütün növ traslarda sürətli olduğunu göstərmir. Eyni zamanda McLaren-in yeniliklərinin hər birinin bolidin sürətini artırdığını göstərir.
McLaren uğurlu inkişaf prosesinin gözəl nümunəsidir. Bu da bütün komandanın inamını artırır. Düzgün formada təşkil edilmiş mühəndislik quruluşu uğurun təminatıdır.
Oskar Piastrinin dördüncü yerə məyus olması özünün və komandasının gözləntilərinin yüksəkliyinə işarədir. Onlar hazırda yarışları iki sürücü ilə də ilk üçlükdə bitirmək istəyirlər.
Hazırda McLaren Mühəndislər Kubokunda Red Bull-dan sadəcə 30 xal geridə qalır. Bu da o deməkdir ki, “narıncılar” mövsümün sonunda çempion ola bilərlər.
Mühəndislər Kubokunda birinci olmaqla növbəti mövsüm daha çox iştirak haqqı almaq mümkündür. Buna görə də komandalar üçün Mühəndislər Kuboku Sürücülər Çempionatından daha vacibdir.
İndi hər şey McLaren sürücülərinin performansından və Serxio Peresin hər həftəsonu yarışlardan neçə xal almasından asılıdır. Hər nə qədər Ferstappen Zandfottda yaxşı performans göstərib ikinci yeri tutsa da, Red Bull hazırda McLaren-in stabil performansından çox narahatdır. Şəxsən mən düşünürəm ki, Lando və Oskar hazırda Red Bull pilotlarına nisbətən daha stabil nəticələr qazanır.
Niderland yarışından əvvəl də Red Bull-un təhlükəli vəziyyətdə olduğunu demişdim, çünki Maks tək başına McLaren sürücüləri ilə mübarizə aparmaqda çətinlik çəkir.
Bu hal davam etsə və Lando ilə Norris belə davamlı xallar alsa, qalan doqquz yarışda çempionatın balansı tamamilə dəyişəcək”.
Şərh əlavə et