Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Duhən gələn il Alpine-də yarışacaq

Alpine komandası 2025-ci il üçün Cek Duhən ilə müqavilə imzalayıb. 

Kokpit.az xatırladır ki, Esteban Okon ilin sonunda Alpine komandasından ayrılacaq. Buna görə də fransızlar uzun müddət idi ki, onun əvəzinə alternativləri dəyərləndirirdi. 

“Göylər” əvvəlcə Karlos Saynsı komandaya gıtirmək istəsə də, bunu bacaqmadılar. Belə olan halda isə bəxt Cek Duhənin üzünə güldü. Beləliklə, gənc avstraliyalı gələn ildən etibarən Pyer Qaslinin komanda yoldaşı olacaq.

Cek Duhən iki ildir ki, Alpine komandasında test və ehtiyat sürücü kimi işləyir və Formula 1-də yarışacaq ilk Alpine Sürücü Akademiyası pilotu olacaq.

Cek Duhən bu təyinat barədə bunları deyib: “2025-ci ildə Alpine komandası ilə yaraşacağam və buna görə də çox sevincliyəm. Mənə güvəndikləri üçün komandanın rəhbərliyinə təşəkkür edirəm. İndi isə növbəti mövsümə hazırlaşmalıyam, amma önümdə çox iş var. Mən də bu vaxt ərzində əlimdən gələnin ən yaxşısını edərək ən yüksək səviyyəyə çıxmağa çalışacağam.

Alpine Sürücü Akademiyasının ilk məzunu olaraq yarışmaq mənim üçün gözəl xəbərdir. Bunun reallaşması üçün mənə dəstək olanlara çox minnətdaram. Bu, həyəcanverici bir andır. Ailəm üçün qürurverici bir gündür. İndi isə hər şeyi qəbul etməli və çox işləməliyəm”.

Cek Duhən eyni zamanda beş dəfə 500cc motosiklet üzrə Dünya Çempionu Mik Duhənin oğludur.

Alpine komandasının yeni rəhbəri Oliver Ouks isə bunları əlavə edib: “Ceki növbəti mövsümdən etibarən komandamıza qatdığımız və ona Formula 1-də hünərlərini göstərməsi üçün fürsət verdik və buna görə də çox həyəcanlıyıq.

Mən şəxsən Ceklə 2019-cu ildə birlikdə işləmişdim və onun həm saf istedadının, həm də potensialının tamamilə fərqindəyəm. O, pərdə arxasında çox işləyən və sadiq insandır. Onun bu cür sadiqliyi komanda tərəfindən dəyər görür.

2025-ci ildə gənclik enerjisi, təcrübə və saf sürət kimi yaxşı sürücü cütünə sahib olacağıq. Onlar birlikdə çox balanslı olacaqlar. Maşını inkişaf etdirmək və komandanı yüksək pilləlrə yüksəltmək üçün həm Cek, həm də Pyerlə birlikdə işləyəcəyik. Bunu səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et