D.Hill proqnoz verib

D.Hill proqnoz verib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sabiq Formula 1 sürücüsü Deymon Hill düşünür ki, Maks Ferstappen mövsümün ikinci yarısında çətinlik çəkəcək. 

Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümə çox sürətli başlamışdı və onların asanlıqla çempion olması gözlənilirdi. Lakin .Çin yarışından sonra hər şey birdən-birə dəyişməyə başladı və “qırmızı öküzlər” çətinlik yaşamağa başladılar. 

Mövsümün ilk 14 yarışından sonra 7 fərqli pilot qalib gəlib. McLaren komandası isə stabil performans hesabına hazırda Mühəndislər Kubokunda ikinci yerdədir və onları lider Red Bull-dan cəmi 42 xal ayırır.

Sürücülər Çempionatında isə vəziyyət bir az fərqlidir. Maks Ferstappen mövsümün bitməsinə 10 yarış qalmış liderdir və ən yaxın izləyicisi Lando Norrisi 78 xal qabaqlayır. Lakin McLaren hazırda elə güclü performans göstərir ki, bu fərq də qapana bilər.

Formula 1 üzrə 1996-cı ilin Dünya Çempionu Deymon Hill isə düşünür ki, Maks Ferstappen ardıcıl dördüncü Dünya Çempionluğunu qazanacaq, amma niderlandlı sürücünü çətin 10 yarış gözləyir: “Maks Ferstappeni dayandırmaq çox çətin olacaq. Mübarizənin yaxın olduğunu bilirəm, amma Ferstappen trasın hər hissəsində mübarizə apararaq göstərdi ki, o, bu çempionluğu qazanmaq istəyir. O, yaxşı nəticə qazanmaq üçün çox potensiallıdır.

Son vaxtlarda bir az məyus olub. Komandanı çox tənqid edir və mübarizənin içində olmaq istəyir. Lakin çempionluğu qazanmaq istəyirsə, son illərdəkinə nisbətən daha çox gücünü ortaya qoyması vacibdir. Məncə, bu çempionluq üçün doğrudan da çox mübarizə aparmalıdır. Düşünürəm ki, ən az Braziliya yarışına qədər mübarizə davam edəcək.

Yarış qazanmaq üçün hələ də bəxtə ehtiyacınız bar. Bir dəfə mübarizəni vaxtından əvvəl dayandırsanız, ən sürətli dövrə ilə birlikdə 26 xal itirirsiniz”.

Jurnalistlər sabiq Formula 1 pilotundan Mühəndislər Kubokunun taleyi barədə soruşublar. Deymon Hill bu suala belə cavab verib: “Düşünürəm ki, Mühəndislər Kubokunu McLaren qazanacaq”.

Bunları da oxuyun

Şərh əlavə et