D.Hill: Ferrari yerində dayanıb

D.Hill: Ferrari yerində dayanıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sabiq Formula 1 sürücüsü Deymon Hill bildirib ki, Ferrari inkişaf etməkdənsə geriyə gedir. 

Kokpit.az xatırladır ki, Ferrari komandası mövsümə pis başlamamışdı. “Qırmızılar” mövsümün ilk yarışlarında Red Bull-dan sonra ikinci sürətli komanda kimi görünürdülər. İtalyanlar əvvəlcə Avstraliyada Karlos Saynsla, daha sonra isə Monakoda Şarl Leklerlə yarış qazanmışdı. 

Hətta Monako yarışından sonra Ferrari Mühəndislər Kubokunda Red Bull komandasından sonra ikinci yerdə idi və onlardan sadəcə 24 xal geri qalırdılar. Belə olan halda isə tiffozilər çempionluq barədə düşünməyə başlamışdılar. Lakin İspaniya yarışından etibarən Ferrari geriləməyə başladı və McLaren ilə Mercedes-in gerisinə düşdülər. Formula 1-in ən titullu komandası hazırda ən sürətli dördüncü komanda kimi görünür. Əgər belə davam etsə, onlar .Mühəndislər Kubookunda dördüncü yeri tutacaqlar.

Bu barədə 1996-cı ilin Dünya Çempionu və Formula 1 şərhçisi Deymon Hill belə danışıb: “Mercedes və Ceyms Əllisonun “necə belə axmaq ola bildik” açıqlamasından sonra “gümüşü oxlar”ın belə özünə gəlməsi dramatik oldu. İndi maşını daha yaxşı vəziyyətə gətirmək üçün xirdə dəyişikliklərə ehtiyaclara var.

Ferrari isə bataqlığa düşüb və inkişaf etməkdənsə, yerlərində dayanırlar”.

Digər Formula 1 şərhçisi Tom Klarkson isə Ferrari-nin builki performansını 2022-ci ilə bənzədib. “Qırmızılar” həmin mövsüm ilk 3 yarışın ikisində qalib gəlmiş, lakin yay tətilinə gedəndə çempionluq şansları tükənmişdi.

Tom Klarkson: “Bu il mənə 2022-ci ili xatırladır. Ferrari həmin ilə də yaxçı başlamışdı, amma İspaniya Qran Prisindən etibarən geriyə düşmüşdülər”.

Bunları da oxuyun

Şərh əlavə et