Kokpit.az bildirir ki, indiyə qədər C919 təyyarələrinin beynəlxalq uçuşları olduqca limitli idi, çünki qərblilər onu olduqca riskli hesab edirdi. Lakin çinlilər beynəlxalq uçuşlara icazə verəcək sertifikatı almaq üçün çox yaxınlaşıblar. EASA-nın təmsilçiləri simulyator daxil olmaqla, bir çox şeyi nəzərdən keçirmək üçün zavoda yollanıblar.
Bu, nəzərdə tutulan 4 ziyarətdən üçüncüsü olub və avropalılar artıq yaşıl işıq yandırmağa razı olduqlarını bildiriblər. Bu barədə yerli mətbuat xəbər yayıb. Nümayəndələr Airbus A320neo və Boeing 737 Max modellərinə rəqib olan C919-un simulyatorunda müxtəlif uçuşlar reallaşdırıblar, eyni zamanda təyyarə ilə birbaşa tanışlıq üçün onun kokpitinə və salona baş çəkərək xeyli vaxt keçiriblər.
Bu, COMAC üçün çox vacib addımdır. Hər nə qədər EASA ilin əvvəllərində C919 modelinin sertifikat almaq üçün yolun başlarında olduğunu bildirsə də, artıq bunun 2025-ci ildə reallaşacağı bildirilir. Boeing 737 MAX təyyarələrinin uzun müddət satışının və uçuşunun dayandırılması, aviaşirkətlərin Airbus A320 ailəsinə yönəlməsi nəticəsində fransız şirkətin sifarişlərlə yüklənməsi dar gövdəli təyyarə bazarında çətinlik yaradıb. COMAC C919-un sertifikatlaşdırılması bəlkə də buna görə qərblilər üçün maraqlıdır…
Şərh əlavə et