SanDisk-dən inqilabi addım

Rauf Hacıyev 14 Avqust 2024, 21:30
SanDisk-dən inqilabi addım
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

SanDisk şirkəti 4TB və 8TB tutumlu SD kartlarını təqdim edib. Bu kartlar telefonlar, oyun aparatları və dronlar üçün gözləntiləri artıqlaması ilə qarşılayacaq.

Kokpit.az bildirir ki, SanDisk yaddaş kartlarında meyarı bir az da qaldırıb. Amerikada təşkil olunan “Future Memory and Storage Summit” (Gələcək Yaddaş və Saxlama Sammiti) tədbirində Sandisk şirkəti Dünyanın ilk 4TB MicroSD və 8TB SD kartlarını təqdim edib. Bəs bu kartlar sürətli olacaq? Sizə onların xüsusiyyətlətini təqdim edirik.

SanDisk qeyri-adi yaddaş kartlarını xüsusilə ağıllı telefonlar, oyun aparatları, dronlar, kameralar və  notbuklar üçün dizayn edib. Lakin bu kartlar sadəcə UHS-İ standartını dəstəkləyir. Yəni ki, SanDisk daha çox yaddaş üçün sürətdən bir az imtina edib.

Sürətə gəldikdə isə SanDisk-in hazırda istehsal etdiyi 1TB UHS-İ microSD kartları minimum 30 MB/s, maksimum 200 MB/s sürətlərə çatır. Lakin bu sürətlər həmişə stabil olmur. Məsələn, SanDisk-in 1.5TB microSD kartı sadəcə 10 MB/s sürətə çata bilir və V10 kateqoriyasındadır. Yeni 4TB və 8 TB kartların sürətləri hələ açıqlanmayıb, amma indidən sizə deyim ki, gözləntiləri çox yüksək tutmayın.

Bəs bu qədər böyük tutumu olan kartlar nə işə yarayır? Belə deyək: 8TB-lik SD karta bütün film kolleksiyanızı, şəkillərinizi, videolarınızı və oyunlarınızı sığdıra bilərsiniz. Ya da siz drondan istifadə edirsinizsə, uçuş vaxtı çəkdiyiniz bütün yüksək keyfiyyətli videolarınızı bir kartda saxlaya bilərsiniz.

SanDisk şirkəti bu kartlardan əlavə 16TB tutumlu daşınan SSD olan “SanDisk Desk Drive” adlı konsept cihazı da təqdim edib. Bu cihaz sizə daha çox saxlama sahəsi və performans təqdim edir. Əsl kontent hazırlayanların, fotoqrafların və videoqrafların malıdır.

Bəs siz nə düşünürsünüz? 4TB microSD və 8TB SD kartlara ehtiyacınız var? Yoxsa bu tutum çoxdur?

Bunları da oxuyun

Şərh əlavə et