Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: McLaren və Mastercard artıq tərəfdaşdırlar

Mastercard McLaren Formula 1 komandasının əsas sponsorlarından biri olacaq.

Kokpit.az bildirir ki, McLaren komandası Mastercard ilə çoxillik müqavilə bağlayıb və bu illər ərzində Mastercard Britaniya komandasının əsas sponsorlarından biri olacaq.

McLaren komandası bu barədə belə açıqlama verib: “Bu müqavilə yenilikçi və insanları istəklərinə yaxınlaşdıran iki önəmli brendi bir araya gətirir. Mastercard bu müqavilədən sonra kart sahiblərinə idman və əyləncədə qeyri-adi təcrübələr təqdim edəcək və bunu Formula 1-ə də daşıyacaq.

Mastercard-ın Marketinq və Komunikasiya Direktoru Raja Rajamannar bu müqavilə barədə bunları deyib: “Müştərilərimizə və kart sahiblərimizə dəyər qatmanın yeni yollarını davam olaraq araşdırırıq. Yarışlar qlobal olaraq ən həyəcan verici və universal istəklərdən biri oldu. McLaren-in mənası yarış deməkdir. Həyəcan verən, yenilikçi və hədəfə köklənmiş. Onlarla tərəfdaş olmaqdan və markalarımızı birləşdirməkdən həyəcan duyuruq”.

McLaren Racing-in rəhbəri Zek Braun isə bu açıqlamanı verib: “Mastercard dünyanın hər yerində tanınan əfsanəvi markadır. Mastercard azarkeşlərə əla təcrübələr və fürsətlər təqdim etmək istəyimizi bizimlə paylaşır. McLAren Racing ailəsinə xoş gəldiniz deməkdən sevinc duyuruq”.

Qeyd edək ki, Mastercard loqotipləri 2024-cü ilin növbəti yarışlarında maşınların üzərində olacaq.

 

Rauf Hacıyev

Şərh əlavə et