F1 xal sisteminin dəyişdirilməsindən imtina edib

F1 xal sisteminin dəyişdirilməsindən imtina edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Çərşənbə axşamı, iyulun 23-də Londonda FİA-nın tək oturacaqlı yarışlar üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının iclası keçirilib.

Kokpit.az xəbər verir ki, iclasda bir sıra məsələlər, o cümlədən ilk on iki sürücünün yarışın finişində xal alması üçün xal sisteminin dəyişdirilməsi təklifi, 2025-ci ildə avtomobilin minimum çəkisinin artırılması məsələləri və 2026-cı il mövsümünə qədər testlərin qrafiki müzakirə edilib. Görüşdən sonra FIA nəticələri yekunlaşdıran bəyanat dərc edib.

Xal Sistemi

Səsvermənin nəticələrinə əsasən, mövcud bal sisteminin dəyişdirilməməsi barədə yekdil qərar qəbul edilib.

2026-cı il üçün qış testləri

Böyük reqlament yeniliklərinin gətiriləcəyi 2026-cı ildə 3 ədəd 3 günlük – ümumi 9 günlük mövsümöncəsi testlər baş tutacaq.

2026-cı ilin reqlamentinə dəyişikliklər

Əsas məqsədin pərəstişkarları cəlb etməyə davam edəcək yaxın mübarizələrə imkan verən həyəcanlı yarışa nail olmaq olduğunu bildirilərək 2026-cı il üçün reqlamentin ümumi strateji məqsədləri təsdiqlənib. Texniki, idman, maliyyə və ekoloji məsələləri əhatə edən 2026-cı il üçün normativ aktların qəbulu vaxtı onların haqqında yenilənmiş məlumat verilir. Bundan əlavə, FİA-nın reqlamentlərin işlənib hazırlanması üzrə bütün komandalarla əməkdaşlığının düzgün istiqamətdə və qrafik üzrə getdiyi təsdiqlənir.

Texniki və İdman Məsləhət Komitəsinin qarşıdakı iclasları zamanı əlavə müzakirələrdən sonra idman və texniki reqlamentin yenilənmiş 2026-cı il versiyası oktyabrın 17-də Ümumdünya Şurasına təqdim olunacaq. 2026-cı il mövsümünün müzakirəsi üçün Formula 1 Komissiyasının növbədənkənar iclasının oktyabrın 2-də keçirilməsi planlaşdırılır.

Maliyyə reqlamenti

Təsdiq edilmişdir ki, analıq/atalıq məzuniyyəti, xəstəlik məzuniyyəti və komandanın əyləncəsi ilə bağlı xərclər büdcə limitlərinə daxil edilməməlidir.

Yuxarıda sadaladığımız dünən qəbul edilən bütün dəyişikliklər FIA Dünya Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.

Bunları da oxuyun

Şərh əlavə et