Kokpit.az xatırladır ki, Oliver Berman Ferrari Sürücü akademiyasında yetişib və o, bu mövsüm Səudiyyə Ərəbistanı Qran Prisində Karlos Saynsı əvəz etmiş və 7-ci yeri tutmuşdu. Bu performansından sonra britaniyalı sürücü Haas komandasının radarına düşmüşdü.
Oliver Berman: “Bunun mənim üçün nə qədər vacib olduğunu sözlərlə ifadə etmək çətindir. Haas komandasının sürücüsü olmaq məni çox qürurlandırır. Uşaq vaxtı xəyalını qurduğu şeyi görən az adamlardan biriyəm və bu inanılmaz şeydir.
Cin Haasa, Ayaoya və Haas komandasında mənə inanan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Oliver Berman həm keçən il, həm də bu il Haas komandasında sərbəst yürüşlərdə trasa çıxıb və onun performansı Amerikan təmsilçisini təsirləndirib.
Haas komandasının rəhbəri Ayao Komatsu: “Oliver Berman kimi istedadlı bir sürücünü tamzamanlı Formula 1-də yarışdırmaq həyəcanvericidir.
Scuderia Ferrarri Sürücü Akademiyasının hesabına çox yetişkin sürücü oldu və bunu Səudiyyə Ərəbistanı Qran Prisindəki performansı ilə bütün dünyaya sübut etdi. Oliver bu iş üçün artıqlaması ilə hazır olduğunu göstərdi. Biz də bunu son iki ildə Haas ilə çıxdığı sərbəst yürüşlərdə gördük. Onu bir sürücü inkişaf etdirmək və həm boliddə, həm də trasan kənarda sahib olduğu istedadlarından istifadə etmək istəyirik”.
Qeyd edək ki, Oliver Berman bu həftəsonu Silverstounda Haas komandasının adına sərbəst yürüşlərdə iştirak edəcək. Daha sonra isə Macarıstan, Meksika və Abu Dabidə sükan Haas-ın sükanı arxasına keçəcək.
Haas komandasında növbət mövsüm ikinci sürücünün kim olacağı hələ açıqlanmayıb. Alternativlər arasında Esteban Okon, Valtteri Bottas və Kevin Maqnussen var.
Şərh əlavə et