Kokpit.az xatırladır ki, Avstriya yarışının gedişatı onu göstərirdi ki, ya Maks Ferstappen qazanacaq ya da Lando Norris. Əslində Ferstappen yarışın sonlarına qədər aşkar favorit kimi görünürdü. Lakin son pitdən sonra Norris rəqibinə yaxınlaşdı. Britaniyalı sürücü rəqibinə bir neçə dəfə hücum etsə də, nəticəsi olmayıb. Lakin 71 dövrəlik yarışın 64-cü dövrəsində iki sürücü üçüncü döngədə yan-yana gəliblər və təmas yaşayıblar.
Bu təmasdan sonra Ferstappen yarışı beşinci bitirdiyi halda, Norris mübarizəni dayandırıb.
Burada bütün günah Ferstappendə idi, çünki niderlandlı sürücü Norris hücum edərkən maşınını onun üzərinə çəkib. Bu təmasdan sonra britaniyalı pilotun maşınında asılqan da qırıldığı üçün o pitdən yarışa qayıda bilməyib. Stüardlar insidenti araşdırdıqdan sonra Ferstappeni günahkar görüblər və ona 10 saniyə zaman cəzası veriblər.
Devid Kukthard: “Maks çox çətin üzr istəyər. Baxın, deyəcək ki, yarışda çətinlik çəkdim və mübarizə çox çətin idi…
Lando ilk dəfə Maksla təkər-təkərə mübarizə aparır. Maksın 2021-ci ildə Lyuislə mübarizəsindən hamımızın xəbəri var.
Maks çox inadkardır və qabaqlamaq istəyirsinizsə, onunla eyni şeyi etməlisiniz. Bu insident ikisinin də yarışını məhv etdi, amma ikisi də bundan qaça bilərdi.
Stüardların əlində daha çox məlumat var idi və buna əsaslanaraq ona cəza verdilər. Lakin cəza onun yarışdakı mövqeyinə təsir etmədi”.
Şərh əlavə et