Kokpit.az xatırladır ki, almaniyalı sürücü Avstriyadakı sprint yarışında 14-cü yeri tutub. Lakin sessiyadan sonra Fernando Alonso trasdan çıxardığı üçün 10 saniyə zaman cəzası alıb və 19-cu yerə geriləyib. Bundan başqa 37 yaşlı pilota iki cəza xalı verilib.
Stüardlar bu barədə belə açıqlama verilib: “27 nömrəli maşının sürücüsü 14 nömrəli maşını üçüncü döngədə keçməyə çalışdı, ancaq əyləci bloklandı və apeks nöqtəsini qaçırdı. Maşın tras xaricinə qədər sovruldu və 14 nömrəli maşının dönməsini əngəllədi. Buna görə də 14 nömrəli maşın trasdan çıxdı”
Şərh əlavə et