Kokpit.az xatırladır ki, son yarışlarda rəqibləri Red Bull-a çatıbdır. Buna görə sıralanma turu hamı üçün maraqlı idi. Burada isə maraqlı hal ba. verib: Corc Rassell və Maks Ferstappen eyni zaman nəticəsini – 1.12.000 – göstəriblər. Lakin üçqat Dünya Çempionu bu nəticəni daha sonra göstərdiyi üçün ikinciliyə razı olub.
Maks Ferstappen: “Hazırda vəziyyət belədir. Ümumilikdə sıralanma turunda yaxşı çıxış etdik. Bütün həftəsonu bizim üçün çətin keçdi. Ancaq ikinci yeri əvvəldən qəbul edərdim. Nəticələrin belə yaxın olması sabahkı günü bizim üçün daha maraqlı edir. Monakoda özümü yaxşı hiss etsəm də, tras bizim üçün əlverişli deyildi. Bu həftəsonu da istədiyimiz kimi hazırlana bilmədik. Bazar günü maraqlı olacaq. Təkərlərin vəziyyəti və necə dözəcəyi mənə maraqlıdır. Hava da dəyişkəndir. Yağış arada yağır və dayanır. Ümid edirəm ki, çox həyəcanlı yarış olar”.
Şərh əlavə et