Xəbəri Kokpitdə Oxuyun!

Yağışın təsir etdiyi sessiyada Fernando Alonso at oynadıb

Kanada Qran Prisinin ikinci sərbəst yürüşlərində Aston Martin komandasının sürücüsü Fernando Alonso lider olub. 

Kokpit.az xatırladır ki, birinci sessiyanın sonunda tras qurusa da, ikinci sessiyanın əvvəlində yağış yenidən başlayıb. Yağış trasın bəzi yerlərinə yağsa da, bəzi yerlər quru olub.

Belə qarışıq şəraitdə sürücülərin əksəriyyəti quru təkərləri ilə sürüblər. İkiqat Dünya Çempionu Fernando Alonso bu şəraitdə 1.15.810 zaman nəticəsi ilə liderliyə yüksəlib. Şarl Lekler isə yerində fırlanıb. Ümumilikdə sürüşgən trasa görə əksər sürücülər tras xaricinə çıxıblar.

Dövrəvi nəticələr birinci sessiyadakı kimi ikinci sessiyada da vacib olmayıb, çünki bəzi nəticələr trasın ən yaş vaxtında göstərilmişdi. Nəticədə Fernando Alonso yağışın hökm etdiyi ikinci sessiyanı 1.15.810 zaman nəticəsi ilə birinci yerdə bitirib.

Mercedes komandasının sürücüsü Corc Rassell isə ispaniyalı sürücüdən 0.463 saniyə geridə qalaraq ikinci olub. Ləns Stroll 0.654 saniyə geridə üçüncü yeri tutub. Monako yarışının qalibi Şarl Lekler isə Medium təkərlərlə Alonsoda 0.746 saniyə geridə 4-cü olub. Beşliyi Daniel Rikkardo bağlayıb. Onu Kevin Maqnussen, Lyuis Həmilton, Yuki Tsunoda, Aleks Elbon və Serxio Peres izləyib.

ÇEmpionatın lideri Maks Ferstappen isə güc qurğusunda problem yaşayaraq, sessiyanı vaxtından əvvəl bağlayıb. Niderlandlı sürücü yekunda 18-ci yerdə qərarlaşıb.

Esteban Okon 11-ci, Loqan Sarcent 12-ci, Karlos Sayns 13-cü, Valtteri Bottas 14-cü yeri tutublar. Bottası Niko Hülkenberq, Oskar Piastri, Quanyi Çjou, Maks Ferstappen, Pyer Qasli və Lando Norris izləyib.

McLaren komandasının iki sürücüsü də eynilə Ferrari-nin sürücüləri kimi ən sürətli dövrələrini Medium təkərlərlə atıblar.

Rauf Hacıyev

Şərh əlavə et