Xəbəri Kokpitdə Oxuyun!

L.Norris yağışlı sessiyada zirvədə qərarlaşıb

Kanada Qran Prisində birinci sərbəst yürüşlərdə McLaren komandasının sürücüsü Lando Norris lider olub. 

Kokpit.az xatırladır ki, Kanadadakı həftəsonunda yağış gözlənilirdi və birinci sərbəst yürüşlərdə bərk yağış yağıb. Birinci sessiyanın başlamasına az qalmış trasa dolu yağıb və demək olar ki, trasın hər yerində sü gölməçələri yaranıb.

Belə oln halda isə sessiya başlamasına baxmayaraq, sürücülərin trasa çıxmasına icazə verilməyib və trasda vəziyyət düzələnə qədər Təhlükəsizlik Maşını dövrələr vurub. 20 dəqiqə gözlədikdən sonra sessiya yenidən başlayıb və Lyuis Həmilton trasa çıxan ilk pilot olub.
Sauber komandasının sürücüsü Quanyu Çjou dövrəvi nəticə göstərmək istərkən bolidin idarəetməsini itirib və divara çırpılaraq, qırmızı bayraqların çıxmasına səbəb olub.
Daha sonra tras qurumağa başlayıb və sürücülərin nəticələri getdikcə yaxşılaşmağa başlayıb. Ferrari komandasının sürücüsü Karlos Sayns keçid təkərlərini götürdükdən sonra 1.27.845 zaman nəticəsi göstərib və liderliyə yüksəlib.
Sessiyanın bitməsinə 6 dəqiqə qalmış isə Şarl Lekler Soft təkərləri götürüb və 1.25.306 zaman nəticəsi ilə liderliyi ələ alıb. Daha sonra Lando Norris 1.24.435 zaman nəticə ilə Lekleri geridə qoyub. Sonlarda nəticələrin daha da yaxşılaşması gözlənilirdi, amma trafikə görə əksər sürücülər dövrələrini yarımçıq qoyublar.
Beləliklə Lando Norris 1.24.435 zaman nəticəsi ilə birinci, ondan 0.328 saniyə geridə qalan Karlos Sayns isə ikinci yerdə bitirib. Liderdən 0.8 saniyə geridə qalan Lekler 3-cü, 1.5 saniyə geridə qalan Lyuis Həmilton isə 4-cü yeri tutub. Çempionatın lideri Maks Ferstappen isə beşinci yerə razı olub. Onu Oskar Piastri, Pyer Qasli, Valtteri Bottas, Serxio Peres və Corc Rassell izləyib.
Daniel Rikkardo 11-ci, Yuki Tsunoda 12-ci, Kevin Maqnussen 13-cü, Niko Hülkenberq isə 14-cü yeri tutublar. Onları ikiqat Dünya Çempionu Fernando Alonso izləyib. Loqan Sarcent 16-cı, Ləns Stroll isə 17-ci yeri tutublar.
Sauber-dən Quanyu Çjou, Alpine-dən Cek Duhən, Williams-dan Aleks Elbon isə heç bir dövrəvi nəticə göstərməyiblər.

 

 

 

Rauf Hacıyev

Şərh əlavə et