Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Favorit Ferrari-dir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Monrealda favorit Ferrari-dir.

Kokpit.az xatırladır ki, Red Bull son yarışlarda əvvəlki kimi hegemon görünmür. Onlar Mayamidə və Monakoda qələbə qazana bilməyiblər. İmolada isə qələbəni güc-bəla ilə əldə ediblər.

Helmut Marko: “İlk 3 yarışdakı hegemonluğumuzu itirdik. Rəqiblərimiz indiki reqlamentin üçüncü ilində bizə çatdılar. Bəziləri bizi kopiyaladılar, bəziləri də onları inkişaf etdirdilər. Artıq inkişaf üçün yer də yoxdur. Bu da məntiqlidir, çünki ekstrem hal da qalmayıb.

Ferrari Kanadada həm sürət, həm də performans cəhətdən daha üstün tərəfdir. Ona görə də Kanadaya favorit kimi getmirik. Ancaq yağış yağsa, Maks Ferstappen faktorunu yenidən görə bilərik”.

Helmut Marko əlavə edib ki, o Kristian Hornerlə atəşkəs edib: “Artıq üstün olmasaq da, qalib gəlmək istəyirik. Bunu ən yaxşı formada edərək, Dünya Çempiomluğunu qazanmaq istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et