Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: Rəqiblər Red Bull-a çatıblar

Komandanın idman məsləhətçisi etiraf edib ki, rəqibləri artıq onlara çatıblar və Kanadadakı yarışda aşkar favorit olmayacaqlar.

Kokpit.az xatırladır ki, Red Bull 8 yarışdan 5-də qalib gəlib. Avstraliyada qələbənin olmamasını Maks Ferstappenin qarşılaşdığı problemə bağlamaq olar, lakin Mayami Lando Norrisin inamlı zəfəri, Monakoda Ferstappenin hətta ilk beşliyə düşməməsi göstərir ki, avstriyalıları üstələmək artıq mümkündür.

Helmut Marko: “İlk 3 yarışdakı üstünlüyümüzü itirmişik. Mövcud qaydalar artıq 3 ildir ki, qüvvədədir. Rəqiblərimiz bəzi şeyləri təkmilləşdiriblər, bəzilərini isə bizdən nüsxələyiblər. Nəticədə bizə çatıblar. Yenilik edə biləcəyimiz çox şey olmadığından, bu məntiqli nəticədir.

Biz Monreala favorit kimi yollanmayacağıq, çünki Ferrari-nin maşını maksimal sürətdə bizdən yaxşıdır. Lakin bu o demək deyil ki, qalib gəlmək istəmirik. İstənilən vəziyyətdə maksimuma nail olmaq və çempionluğa doğru addım atmaq niyyətindəyik. Kanadada yağış yağarsa, Maks faktoru yenidən işə düşəcək!”

 

Elçin Zodorov

Şərh əlavə et