Kokpit.az xatırladır ki, 10 komandadan 9-nun yenilik gətirdiyi İmolada cümə günü Şarl Lekler hər iki məşqlərdə sürətli olub, dünən isə liderlik kürsüsündə onu Oskar Piastri əvəzləyib. Gərgin keçəcəyi gözlənilən sıralanma turunda Maks Ferstappen yenə də ən güclü maşın/sürücü tandeminin kim olduğunu xatırladıb. Təsnifatda ikinci olmuş Piastri Maqnusseni blokladığı üçün 3 yer itirmək cəzası alıb və karyerasında ilk dəfə ön cərgədən start almaq şansını əldən verib.
Start düzümündə ilk cərgə Ferstappen və Norrisin, ikinci cərgə Ferrari sürücülərinin, üçüncü cərgə isə Piastri və Rassellin olub. Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Başlanğıc üçün Peres, Çjou və Sarcent sərt, Qasli və Alonso yumşaq, qalanları isə orta təkərləri seçiblər.
Startda Ferstappen yerini qoruyub, Sayns komanda yoldaşını ötsə də, Lekler yerini geri qaytarıb. RB sürücüləri iki mövqe itiriblər, Maqnussen isə hər iki Sauber sürücüsünü qabaqlayıb. Okon və Stroll təmas yaşasalar da, ciddi insident olmayıb.
Soft təkərlər effektivliyini tez itirib və nəticədə Alonso cəmi 8-ci dövrədə yeni təkərlərə keçib. Növbəti dövrədə onu Elbon, Qasli və Bottas izləyiblər. Elbonun sol ön təkəri yaxşı bərkidilmədiyindən, növbəti dövrədə yenidən pitə gəlməli olub. Stüardlar sürücüyə 10 saniyəlik cəza veriblər.
Rikkardo, Tsunoda və Hülkenberq də pit-stop ediblər. Peres 18-ci dövrədə çınqıllığa çıxıb, lakin trasa qayıda bilib və mövqeyini qoruyub. Rassell və Norris 22 və 23-cü dövrələrdə təkər dəyişiblər. Rassell trasa qayıdan kimi Okonu ötsə də, Norris soyuq təkərlərlə Pereslə mübarizədə uduzub. Piastri də yeni təkərə keçib, komanda yoldaşı Norris isə 24-cü dövrədə Tamburelloda Peresi geridə qoyub.
Lider Maks 25-ci dövrədə pit yoluna üz tutub, Elbon da cəzasını ödəyib. Lekler və Okon isə bir dövrə sonra eyni addımı atıblar. Lekler çıxdıqdan sonra beşinci yer uğrunda mübarizədə Peresi ötüb. Sayns və Həmilton təkərlərini 28-ci dövrədə dəyişiblər. Sarcent bundan bir dövrə sonra Tsunoda və Maqnussendən geri qalıb. Sayns Peresi ötərək beşinci yerə qalxıb, Rassell də meksikalı ilə mübarizədən qalib ayrılıb.
Həmilton Strollu geridə qoyub, Sarcent isə pit-stopa çağrılıb. Tsunoda da pitə girmək üzrə olan Çjounu üstələyib. Həmilton Peresi keçib, Serxio pit-stopa yönəlib. Stroll və Maqnussen də yeni təkərə keçib. Peres yeni təkərlərlə Rikkardo və Hülkenberqi üstələyib. 41-ci dövrədə ilk onluq: Ferstappen – Norris – Lekler – Piastri – Sayns – Rassell – Həmilton – Tsunoda – Peres – Hülkenberq.
Alonso 42-ci dövrədə növbəti pit-stopunu edib. Peres Tsunodanı, Stroll isə Hülkenberqi keçib. Stroll bir neçə dövrə sonra Tsunodanı da geridə qoyaraq daha bir pillə yüksəlib. Rassell 53-cü dövrədə pit-stopa dəvət edilib. Bir dövrə sonra isə Elbon yarışdan çəkilib.
Son dövrələrdə Ferstappen təkərlərindən şikayətlənib, Norris isə sürəti artıraraq ona yaxınlaşıb. Lakin təcrübəli niderlandlı sürücü rəqibini DRS məsafəsinə buraxmayıb və ona hücum şansı verməyib. Alonso da 61-ci dövrədə maşını pit yoluna sürüb və mübarizəni dayandırıb.
Maks Ferstappen mövsümdə 5-ci, karyerasında isə 59-cu qələbəsini əldə edib. Lando Norris bu dəfə ikinciliklə kifayətlənməli olub. Podiumu isə Şarl Lekler tamamlayıb.
Bizi növbəti həftə Monako knyazlığının küçələrində mübarizə gözləyir…
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | 1. М.Ферстаппен | Red Bull | 1:25:25.252 | 1 |
2 | 2. Л.Норрис | McLaren | +0.725 | 1 |
3 | 3. Ш.Леклер | Ferrari | +7.916 | 1 |
4 | 4. О.Пиастри | McLaren | +14.132 | 1 |
5 | 5. К.Сайнс | Ferrari | +22.325 | 1 |
6 | 6. Л.Хэмилтон | Mercedes | +35.104 | 1 |
7 | 7. Д.Расселл | Mercedes | +47.154 | 2 |
8 | 8. C.Перес | Red Bull | +54.776 | 1 |
9 | 9. Л.Стролл | Aston Martin | +79.556 | 1 |
10 | 10. Ю.Цунода | RB | +1 dövrə | 1 |
11 | 11. Н.Хюлкенберг | Haas | +1 dövrə | 1 |
12 | 12. К. Магнуссен | Haas | +1 dövrə | 1 |
13 | 13. Д.Риккардо | RB | +1 dövrə | 1 |
14 | 14. Э.Окон | Alpine | +1 dövrə | 1 |
15 | 15. Г.Чжоу | Sauber | +1 dövrə | 1 |
16 | 16. П.Гасли | Alpine | +1 dövrə | 2 |
17 | 17. Л.Сарджент | Williams | +1 dövrə | 1 |
18 | 18. В.Боттас | Sauber | +1 dövrə | 1 |
Sürətli dövrə: Corc Rassell (Mercedes) – 1:18.859 (54-cü dövrə, 224.871 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR
Pilot | Komanda | Dövrə | Səbəb |
Fernando Alonso | Aston Martin | 61 | mexaniki problem |
Aleksander Elbon | Williams | 53 | mexaniki problem |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 161 |
2 | Şarl Lekler | Scuderia Ferrari | 113 |
3 | Serxio Peres | Oracle Red Bull Racing | 107 |
4 | Lando Norris | McLaren F1 Team | 101 |
5 | Karlos Sayns | Scuderia Ferrari | 93 |
6 | Oskar Piastri | McLaren F1 Team | 53 |
7 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 44 |
8 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 35 |
9 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 33 |
10 | Yuki Tsunoda | Visa Cash App RB F1 Team | 15 |
11 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 11 |
12 | Oliver Birman | Scuderia Ferrari | 6 |
13 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 6 |
14 | Daniel Rikkardo | Visa Cash App RB F1 Team | 5 |
15 | Esteban Okon | BWT Alpine F1 Team | 1 |
16 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 268 |
2 | Scuderia Ferrari | Ferrari | 212 |
3 | McLaren F1 Team | Mercedes | 154 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 79 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 44 |
6 | Visa Cash App RB F1 Team | Honda RBPT | 20 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 7 |
8 | BWT Alpine F1 Team | Renault | 1 |
Şərh əlavə et