Kokpit.az xatırladır ki, Williams komandası keçən il ilk 7 yarışdan xalsız ayrılsa da, bu il mövsümə əla başlayıblar və hazırda çempionatda beşinci yerdədirlər. Aleks Elbon bu mövsüm üç dəfə yarışlarda beşinci olub.
Aleks Elbon: “Əslində tempimiz üçüncü yer üçün mübarizəyə imkan verirdi. Bəlkə də virtual təhlükəsizlik maşını bizə kömək etdi. Amma sonuncu təhlükəsizlik maşını rejimi işləri tərsinə çevirdi. Beşinci olsaq da, bir az məyusam.
Bəlkə də, Şarla qarşı bir az səbirli olmalı idim. Hətta Piastriyə də çata bilərdim. Təkərlərimiz çox yaxşı idi. Tempimiz var idi.
Hər yarışdan əvvəl bu dəfə olmaz desəm də, yenidən sürətli oluruq. Mayami və İmolada gözlədiyimizdən daha güclü idik. Monakoda da rəqabətədavamlı ola bilərik. Barsrlona bir az çətin keçə bilər, amma bu tempimizdən həzz alırıq”.
Şərh əlavə et