Kokpit.az bildirir ki, britaniyalı mütəxəssis Red Bull şirkətində işləməyə davam edəcək. O, şirkətin ilk hiperkarı RB17-nin üstündə işləyəcək. Bu layihə tamamlandıqdan sonra isə tamamilə Red Bull şirkətindən ayrılacaq.
Qeyd edək ki, Ədrian Nyui komandaya 2006-cı ildə gəlmiş və “Qırmızı Öküzlər”in qazandığı 6 Mühəndislər Kubokunda və 7 Sürücülər Çempionatında müstəsna rol oynamışdır. Lakin son dövrlərdə onun komanda rəhbəri Kristian Hornerlə münasibətlərinin pisləşməsi işinə də təsir edib və o, rəhbərliyə istefa məktubunu təqdim edib.
Əslində əksəriyyət düşünürdü ki, Nyui Red Bull-dan ayrılıb, Ferrari, Mercedes, Mclaren ya da Aston Martin-ə gedəcək. Lakin o, yenə də şirkətdə qalmağa qərar verib. Bəzi iddialara görə Nyui Red Bull komandasından ayrıldıqdan sonra müqaviləyə görə 2027-ci ilə qədər heç bir yerdə işləyə bilməzdi.
Bundan sonra Nyui nə edəcək? Başqa komandaya keçəcək yoxsa təqaüdə çıxacaq? Bunu zaman göstərəcək.
Şərh əlavə et