Xəbəri Kokpitdə Oxuyun!

Pagani yeni konsept təqdim edib

Pagani Automobili avtomobil dizaynı kursu çərçivəsində Turin Avropa Dizayn İnstitutunun tələbələri ilə birlikdə yaradılmış Alisea hiperkar konseptini təqdim edib.

Kokpit.az bildirir ki, layihə Zonda C12-nin 25 illiyinə həsr olunub və Horatio Paqaninin dizayn etdiyi hiperkarın bir növ yenidən nəzərdən keçirilməsidir. Qeyd edək ki, Zonda C12 1999-cu ildə təqdim edilib və əvvəlcə əfsanəvi Formula 1 çempionu Xuan-Manuel Fanxionun şərəfinə Fangio F1 adlandırılıb. Lakin o, layihə işıq üzü görməzdən əvvəl vəfat etdiyi üçün həmin fikirdən daşınıblar.

Tələbələrin də köməkliyi ilə yaradılmış Pagani Alisea Konsepti təkcə 25 yaşlı Zondaya hörmət etmək deyil, həm də avtomobilin ümumi üslubunu və imicini qoruyub saxlamaqla hiperkarın mümkün yenidən təsəvvür edilməsi potensialını araşdırmaq məqsədi daşıyır.

Elçin Zodorov

Şərh əlavə et